AZ

Məhkəmə “Meyvəli Qrup”la bağlı cərimə qərarı çıxardı

“Meyvəli Qrup” MMC statistik məlumatların verilməsi qaydalarını pozduğuna görə cərimələnib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, müvafiq qurum tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 389-cü (Statistik məlumatların verilməsi qaydalarının pozulması) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb.

Hakim Samir İsmayılovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

Qeyd edək ki, “Meyvəli Qrup” MMC meyvə-tərəvəzlərin topdan və pərakəndə satışla məşğul olur.

Seçilən
21
1
iqtisadiyyat.az

2Mənbələr