"Çünki o həm impulsiv siyasətçidir, həm də bəzi məsələlərə heç nədən çəkinmədən, qətiyyətlə birbaşa və ya diplomatik kanallarla müdaxilə etməyi bacaran liderdir..”
“Düşünürəm ki, Tramp dönəmində ABŞ-Azərbaycan münasibətlərində yeni səhifə açılacaq. Yəqin ki, Bayden dönəmində gördüyümüz mənzərədən bir qədər fərqli mənzərə olacaq. Çox güman ki, Tramp yalnız Azərbaycanla bağlı deyil, bütövlükdə Güney Qafqazla bağlı daha aktiv siyasət həyata keçirəcək”.
Bu fikirləri Moderator.az-a açıqlamasında “Ağ Ev Donald Trampın seçkilərdən öncə söz verdiyi kimi, Azərbaycanla Ermənistan arasında tezliklə sülh sazişinin imzalanmasına nail ola biləcəkmi?”
“Və artıq ümid etmək olar ki, yeni ABŞ prezidenti dönəmində Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması Qərb platformalarından birində reallaşa biləcək. Çünki Trampın özünəməxsus eqosu var və o istəyəcək ki, onun prezident olduğu dövrdə Azərbaycanla Ermənistan arasında bir tarixi sənəd imzalansın. Mən belə təxmin edirəm. Hər halda, necə deyərlər, yaşayarıq- görərik. Hələ 2025-ci ilə bir neçə ay var. Öncə dediyim kimi, Trampın idarəçiliyi dönəmində bir çox yeni hadisələrin olacağını düşünürəm... Çünki o həm impulsiv siyasətçidir, həm də bəzi məsələlərə heç nədən çəkinmədən, qətiyyətlə birbaşa və ya diplomatik kanallarla müdaxilə etməyi bacaran liderdir”, -deyə ekspert vurğulayıb.
Sultan Laçın