AZ

“Qarşı tərəf bizə deyərsə, Cavid özü getmək istərsə...” – “Turan Tovuz” rəsmisi

“Səbail”in boş qalan baş məşqçi postu ətrafında bir neçə mütəxəssisin adı hallanır. Amma oxlar Cavid Hüseynovu göstərir.

Mütəxəssisin belə xəbərləri təkzib etməməsi, fikir bildirməkdən boyun qaçırması da şübhələri artırır. 35 yaşlı mütəxəssis hazırda “Turan Tovuz”da Kurban Berdıyevə kömək edir. Yayda müqavilə bağladığına görə özbaşına ayrıla bilməz.

Bəs “Turan Tovuz” Cavid Hüseynovun mümkün gedişinə necə yanaşır? Təzminat alacaqmı?

Klubun İdarə Heyətinin sədr müavini, həmçinin infrastruktur və maliyyə üzrə direktor Əli Balakişiyevin “Football-plus.az”a açıqlaması:

“Kluba heç kəs tərəfindən müraciət olunmayıb. Cavid dünən də, bu gün də məşqlərdə iştirak edib. Söz-söhbət var. Amma nə qədər düz olduğu 3-5 günə bilinəcək. İndiki vəziyyətdə təzminat barədə düşünməyə dəyməz. Bizə nə müraciət edən var, nə də Cavid bizə yaxınlaşıb deməyib ki, getməyə icazə verin. Qarşı tərəf bizə deyərsə, Cavid özü getmək istərsə, masa arxasına əyləşib müzakirə apara bilərik. Amma hazırda bunlar, sadəcə, şayiədi”.

RÖYANƏ OĞUZ
Seçilən
10
football-plus.az

1Mənbələr