İlon Maskın sərvəti son dəyişikliklərdən sonra 26,5 milyard dollar artıb.
Valyuta.az bu barədə “Bloomberg Billionaires Index”nə istinadən xəbər verir ki, Maskın sərvəti 26,5 milyard dollar artaraq 290 milyard dollara çatıb.
Bundan başqa Mask “YTD dəyişməsi”ndən 61,3 milyard dollar qazanıb.
“Bloomberg Billionaires Index”in məlumatına görə, Mask yenidən dünyanın ən zəngin adamı adını alıb.
İkinci yerdə sərvəti 228 milyard dollar olan “Amazon” onlayn pərakəndə satış şirkətinin yaradıcısı Cef Bezos, üçüncü yerdə isə 202 milyard dollarlıq sərvət ilə “Meta” şirkətinin rəhbəri Mark Zukerberq dayanıb.
Əvəz Həsənov