AZ

"Kartdan-karta" üsulu ilə işləyən 150 sahibkara maliyyə sanksiyası tətbiq olunub

Bakı. Trend:

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX)tərəfindən Bakı şəhərində iaşə və pərakəndə ticarət fəaliyyəti iləməşğul olan daha 150 vergi ödəyicisinin qanun pozuntularına yolverdiyi müəyyən olunub.

Bu barədə Trend quruma istinadən xəbər verir.

Bildirilib ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət VergiXidməti pərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişlərinPOS-terminal deyil, kartdan-karta köçürülməklə həyata keçirilməsihallarının aradan qaldırılması məqsədilə nəzarət tədbirlərini davametdirir. Son günlər ərzində Bakı şəhərində keçirilmiş nəzarəttədbirləri zamanı 150-dək belə obyektdə qanun pozuntularına yolverildiyi müəyyənləşdirilib. Qanun pozuntuları protokollaşdırılıbvə müvafiq maliyyə sanksiyaları tətbiq olunub.

“Nağdsız ödənişlərin qəbulu yalnız POS-terminal vasitəsiləhəyata keçirilməli və bu zaman vətəndaşlara POS-terminalın qəbziilə yanaşı nəzarət-kassa aparatının çeki də təqdim olunmalıdır.Mövcud qanunvericiliyə əsasən, istehlakçılara elektron ödəniş etməkimkanının yaradılması vergi ödəyicilərinin birbaşa vəzifələrinəaiddir. Sahibkarlar maliyyə sanksiyalarına məruz qalmamaq üçünnağdsız ödəmələr zamanı POS-terminallardan istifadəni təminetməlidirlər”, - deyə məlumatda vurğulanıb.

Seçilən
16
45
az.trend.az

10Mənbələr