AZ

Trampın dəstəkləyən Maskın sərvəti 26,5 milyard dollar artdı


ABŞ prezident seçkilərində qalib gələn respublikaçı Donald Trampı açıq şəkildə dəstəkləyən amerikalı milyarder İlon Maskın sərvəti onun “Tesla” şirkətinin səhmlərinin təxminən 15% bahalaşmasından sonra 26,5 milyard dollar artıb.
Yeniavaz.com
xəbər verir ki, bunu “Bloomberg Milyarderlər İndeksi”nin (“Bloomberg Billionaires Index”) məlumatları sübut edir.
Məlumatlara görə, Maskın ümumi sərvəti 290 milyard dollara çatıb. Bu nəticə ilə “SpaceX”in yaradıcısı reytinqdə birinci yeri tutmaqda davam edir. İkinci yerdə sərvəti 228 milyard dollar qiymətləndirilən Amerika onlayn pərakəndə satış şirkəti "Amazon"un yaradıcısı Ceff Bezos dayanır. Üçüncü yerdə isə 202 milyard dollarlıq göstərici ilə “Meta” korporasiyasının rəhbəri Mark Zukerberq qərarlaşıb.
Qeyd edək ki, Mask 2024-cü ilin iyul ayından Trampın fəal tərəfdarıdır. Yeni prezident sahibkarı saxtakarlıq və səmərəsizliyin aradan qaldırılması üçün audit və islahatlar aparacaq Hökumətin Səmərəliliyi Komissiyasına rəhbərlik etməyə dəvət etməyi planlaşdırır.
Seçilən
6
50
yeniavaz.com

10Mənbələr