AZ

Spirtli içki yuxu keyfiyyətini yaxşılaşdırır? - Həkimdən açıqlama

Alkoqol bəzi hallarda yuxululuğa səbəb olduğundan, spirtin daha tez yuxuya getməyinizə və yuxu keyfiyyətini yaxşılaşdırdığına inanılır.

Ucnoqta.az xəbər verir ki, somnoloq Natalia Zolotarevanın fikrincə, bu inanc mifdən başqa bir şey deyil, baxmayaraq ki, spirtli içki qəbul etdikdən sonra insan həqiqətən yuxulu olur.

Həkim spirt, kofein və digər stimulyatorların əslində yuxunun keyfiyyətinə necə təsir etdiyini izah edib.

Spirtli içkilərin sizi yuxulu etməsi sinir hüceyrələrinin fəaliyyətinin azalması səbəbindən baş verir. Ancaq eyni zamanda, yaddaş və emosional bərpa üçün vacib olan REM yuxu mərhələsini azaldaraq, istirahətin ümumi keyfiyyətini pisləşdirir. Eyni zamanda gecənin ikinci yarısında yuxu fasilələrlə olur və insan tez-tez oyanır.

Bundan əlavə, gün ərzində insan özünü yorğun hiss edəcək, ürək-damar xəstəlikləri və psixi pozğunluqların inkişaf riski artır.

Somnoloq vurğulayıb ki, alkoqolun təhlükəsiz dozası yoxdur, ona görə də yatmazdan əvvəl çox içmək vərdişi alkoqolizmə səbəb ola bilər.

Seçilən
17
23
ucnoqta.az

10Mənbələr