AZ

ABŞ-da Rusiya Ukrayna müharibəsinin dayandırılması müzakirə edilir

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın keçid administrasiyasında Rusiya-Ukrayna münaqişəsinin sonunun yeni ssenarisi müzakirə edilir. Bu barədə The Wall Street Journal yazır.

Proqram aşağıdakı məqamlardan ibarətdir: hazırkı cəbhə xətti dondurulur, bütün uzunluqda hərbisizləşdirilmiş zona elan edilir. Onun təhlükəsizliyini kimin təmin edəcəyi bəlli deyil, lakin qəzetin müsahiblərindən biri Amerika qoşunlarının və ya BMT kontingentinin və ABŞ tərəfindən maliyyələşdirilən digər təşkilatların iştirakını istisna edib.

Ukrayna ən azı daha 20 il NATO-ya üzv olmaq planlarından əl çəkəcək. Bunun üçün ABŞ onu silahla təmin etməyə davam edəcək.

Bildirilir ki, Moskva Ukraynanın alyanslara qoşulmayacağına dair təminat alacaq. 
 
Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci ilin fevralından davam edir. 
 
Bir gün öncə ABŞ-da prezident seçilən Tramp söz verib ki, Rusiya Ukrayna müharibəsini dayandırılmasına səbəb olacaq. 
 
Aytac

www.anews.az
Seçilən
15
anews.az

1Mənbələr