“Ən böyük problemimiz təhsildir. Bəzi məsələri ortadan qaldırmalıyıq ki, inkişaf edək”.
Teleqraf.com xəbər verir ki, bu fikirləri Milli Məclisin bugününkü iclasında deputat Fazil Mustafa səsləndirib.
O bildirib ki, əsas problemlərdən biri müəllimlərin yaşadığı yerlərdən uzaqdakı məktəblərdə çalışmasıdır:
“Məsələn, Pirşağıda, Kürdəxanıda yaşayan müəllim Qaradağa dərs keçməyə gedir. 150 min müəllimdən 50 mini bu problemi yaşayır. Bunu sistemləşdirmək nə qədər çətindir? Elə sistem qurmalıyıq ki, müəllim vaxtında dərsə çatsın. Çünki bu hal məktəbdəki təhsilə də təsir edir. Müəllimlərin bu vəziyyətini yüngülləşdirməliyik. Bu məsələyə diqqət çəkməyi vacib sayıram”, - deyə deputat vurğulayıb.
Müəllif: Şəbnəm Zahir