AZ

TikTok daha bir ölkədə qadağan edildi

Çin mərkəzli sosial media platforması TikTok təhlükəsizlik riskləri səbəbiylə başqa bir ölkədə qadağan edilib.

Turkustan.az xəbər verir ki, Kanada hökuməti TikTok sosial şəbəkə platformasının təhlükəsizlik riski yaratdığını bildirdi və platformanın “kommersiya fəaliyyətini” qadağan edib.

Kanadanın İnnovasiya, Elm və Sənaye naziri Fransua-Philippe Şampan Çində yerləşən sosial media platformasının qadağan edilməsi ilə bağlı açıqlama verib.

Nazir Şampan, TikTok tətbiqinin Kanada üçün təhlükəsizlik riski olduğunu bildirdi. Platformanın “ölkədə kommersiya fəaliyyətinin qadağan edildiyini” açıqlayıb. TikTok Toronto və Vankuverdəki ofislərinin bağlanacağını açıqlanıb.

Nazir bildirib ki, qadağaya baxmayaraq, Kanada vətəndaşları proqramdan istifadəni davam etdirə bilərlər. "Vətəndaşların öz kibertəhlükəsizliyinə diqqət yetirmələri və sosial şəbəkə proqramlarından istifadənin potensial risklərini qiymətləndirmələri vacibdir", - Şampan deyib.

Kanada Təhlükəsizlik Kəşfiyyatının (CSIS) direktoru David Vigneault, TikTok-un "Çin hökuməti üçün məlumat kanalı" olduğunu söylədi və vətəndaşlarına bu sosial şəbəkədən istifadə etməmələri barədə xəbərdarlıq edib.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Seçilən
6
turkustan.az

1Mənbələr