Portuqaliyanın "Sportinq" klubunun hücumçusu Viktor Dyekereş İngiltərə təmsilçiləri "Çelsi", "Arsenal" və "Mançester Yunayted"in maraq dairəsindədir.
"Far.Az" "Daily Mail"ə istinadən xəbər verir ki, 26 yaşlı isveçli futbolçu yayda sözügedən klublardan birinə transfer oluna bilər.
V.Dyekereşin müqaviləsində 84 milyon funt-sterlinq təzminat məbləği var. Lakin Portuqaliya klubu futbolçunu 60 milyon funt-sterlinqə satmaq istəyir.
Qeyd edək ki, V.Dyekereş cari mövsümdə meydana çıxdığı 17 matçda 23 qol vurub və 4 məhsuldar ötürmə edib.