"SpaceX" və "Tesla" şirkətlərinin qurucusu İlon Mask dəstəklədiyi Donald Trampın ABŞ prezidentliyinə seçilməsindən böyük nüfuz qazanacaq...
Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi mənbələrə istinadən yazıb.
"SpaceX"in adının açıqlanmasını istəməyən keçmiş yüksək vəzifəli əməkdaşı Agentliyə bildirib ki, Mask Tramp administrasiyasını istədiyi hər şeyi etməyə mane olan bir çox qaydalardan qurtulmaq üçün bir vasitə kimi görür.
Reuters-in məlumatına görə, Mask dörd il ərzində ABŞ-ın Avtomobil Yollarının Hərəkətinin Təhlükəsizliyi üzrə Milli Administrasiyasını (NHTSA) "Tesla"nın mövcud sürücüyə yardımçı təhlükəsizlik sistemlərinin (Avtopilot) tətbiqini dayandırmağa məcbur edəcəyinə ümid edir.
Agentliyin həmsöhbəti iddia edir ki, milyarder həm də "Tesla" tərəfindən hazırlanan avtonom avtomobillərin və "robotaksilərin" inkişafı üçün lazım olan qərarların qəbuluna nail olmaq istəyir.
ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçirilib. Bu vəzifə üçün Demokratlar Partiyasının namizədi Kamala Harris və Respublikaçılar Partiyasının nümayəndəsi Donald Tramp mübarizə aparıb. Qələbə qazanmaq üçün siyasətçilərdən biri ən azı 270 seçici səsini toplamalı idi. Tramp ən azı 295 səs qazandığı bildirilib. Harris artıq məğlubiyyətini etiraf edib. ABŞ-ın 47-ci prezidentinin andiçmə mərasimi 2025-ci il yanvarın 20-də baş tutacaq.
Poliqon.info