AZ

Biden Trampın andiçmə mərasimində iştirak edəcək -"NBC"

ABŞ-nin hazırkı prezidenti Cozef Bayden yeni dövlət başçısı seçilmiş Donald Trampın andiçmə mərasimində iştirak etməyi planlaşdırır. Bu barədə NBC televiziyası məlumat yayıb.

ABŞ-nin yeni prezidentinin andiçmə mərasimi 2025-ci il yanvarın 20-də Vaşinqtondakı Kapitolidə keçiriləcək. Tramp and içəcək, sonra ona çıxış üçün söz veriləcək. Mərasim parad və inauqurasiya balı ilə davam edəcək.

Dünən Bayden Trampa telefonla zəng edərək onu seçkilərdə qələbə qazanması münasibətilə təbrik etmişdi. Dövlət başçısı hakimiyyətin rahat keçidinin təmin edilməsinə sadiq olduğunu vurğulayıb və respublikaçını Ağ Evdəki görüşə dəvət edib. Tarix daha sonra müəyyən olunacaq.

Tural

Seçilən
16
news365.az

1Mənbələr