Azərbaycanın UEFA Avropa Liqasındakı təmsilçisi “Qarabağ” bu gün Liqa mərhələsində dördüncü oyununa çıxacaq. Komanda Bododa Norveçin “Bodo/Qlimt” kollektivinin qonağı olacaq.
“Aspmyra” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. Portuqaliyadan olan hakimlər briqadasının idarə edəcəyi matç İctimai TV kanalı vasitəsilə canlı yayımlanacaq.
7 noyabr
“Bodo/Qlimt” - “Qarabağ”
“Aspmyra” stadionu. Saat 21:45
Baş hakim: Luis Godinho
Baş hakimin köməkçiləri: Rui Teixeira, Pedro Almeida
Dördüncü hakim: André Narciso
VAR: Hugo Miguel
AVAR: Fábio Oliveira Melo
(Hakimlər briqadası Portuqaliyadandır)
Hakim-inspektor: Ante Vučemilović (Xorvatiya)
UEFA nümayəndəsi: Tammo Beishuizen (Niderland)