AZ

Qazaxıstan BRİKS-dən imtina etmişdi, yenə dəvət edilib...

Qazaxıstan BRİKS-ə tərəfdaş ölkə kimi qoşulmağa dəvət edilib.

Axar.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Qazaxıstan xarici işlər naziri Murad Nurtleu ilə görüşündə deyib.

“Qazaxıstan BRİKS-ə tərəfdaş ölkə kimi qoşulmaq üçün dəvət alıb. Ümid edirik ki, bu, şahidi olduğumuz və yaşadığımız dəyişikliklər dövründə aktual qlobal problemlər üzrə əlaqələrimizi zənginləşdirəcək”, - Lavrov bildirib.

Qeyd edək ki, Qazaxıstan Prezidentinin mətbuat katibi Berik Uali Prezident Qasım-Jomart Tokayevin təkliflər almasına baxmayaraq, Qazaxıstanın BRİKS-ə üzv olmaq istəmədiyini bildirmişdi.

Seçilən
5
1
axar.az

2Mənbələr