AZ

"Bu iki əsas bayram Qurtuluş Günü və Zəfər Günüdür" - Aydın Hüseynov

"Bayram günlərimiz çoxdur. 200 illik tariximizi götürsək iki əsas tarix var". SİA xəbər verir ki, bu sözləri deputat Aydın Hüseynov deyib.

Onun sözlərinə görə, bu iki əsas bayram Qurtuluş Günü və Zəfər Günüdür: "Hər iki bayrama görə birinci növbədə Ulu Öndərimizə borcluyuq. Zəfər Gününə görə isə sözsüz ki, İlham Əliyevə borcluyuq. Bu qələbə mənəvi qələbə idi və təkcə ermənilərin yox, həm də onların havadarlarının üzərində qələbə idi. Biz xalqın birliyini təkcə müharibədə yox, indi də görürük".

Seçilən
8
2
sia.az

3Mənbələr