“Ukraynanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı güzəştə getmək mümkün deyil”.
“AzPolitika” xəbər verir ki, ölkənin keçmiş Prezidenti Pyotr Poroşenko bunu ABŞ-də respublikaçı namizəd Donald Trampın seçkilərdəki qalibiyyətindən sonra bildirib.
Xatırladaq ki, Tramp dəfələrlə Rusiya-Ukrayna münaqişəsinə 24 saat ərzində son qoyacağına söz verib.
Ukraynanın keçmiş lideri Kiyev üçün beş “qırmızı xətt”-i açıqlayıb:
- Ukrayna öz müstəqilliyindən güzəştə getməyəcək, o, Rusiyanın təsir zonasına qayıtmayacaq;
- Ukrayna Rusiyanın nəzarətinə keçən ərazilərdən heç vaxt imtina etməyəcək;
- Ukrayna öz Silahlı Qüvvələrinin gücünü məhdudlaşdırmağa razı olmayacaq, çünki bu, Ukrayna dövlətinin mövcudluğunun ən etibarlı və effektiv təminatçısıdır;
- Öz ərazisi tam azad olunana qədər Ukrayna güzəştə gedə və ya sanksiyaları ləğv edə bilməz;
- Ukrayna NATO-ya üzvlük üçün öz ev tapşırığını etməli və Trampı inandırmalıdır ki, onun danışdığı şərtlərin yerinə yetirilməsi və Kiyevin hərbi bloka üzvlüyü olmadan müharibənin dayandırlması baş tuta bilməz.
“AzPolitika.info”