XIX əsrdə Corc Hal adlı heykəltaraş, ateist görüşlərinə görə daima təqibə məruz qalırdı. Bir dəfə məclislərin birində ruhanilər onu inandırmağa çalışırdılar ki, Müqəddəs İncildədə qeyd edildiyi kimi yer üzündə zamanındanəhəng-Qiqant insanlar yaşayıb.
Bunlar arasında yaranan mübahisədən sonra Corc Hil anlayır ki, insanlar bu kilsə ruhanilərinin dedikləri hər şeyə inanacaq və bu da eyni zamanda ona gəlir qazanmaq fikrini gətirir. O çox böyük formada insan heykəli hazırlayır, ona tarixi görünüş verir və Nyu York ştatının Kardiffe şəhərində özünə məxsus torpaq sahəsində quyu qazıb basdırır.
"Günlərin bir günü " təsadüfən də orda bunu "arxeoloji qazıntı" kimi "kəşf" edən Corc dərhal bunu bütün media qurumlarına xəbər kimi verir. Tarixi "tapıntı" və İncildə qeyd edilən "möcüzəni" görmək üçün minlərlə insan ora axın edir və Corc indiki hesabla ~$430 000 pul qazanır.
Ona görə də bu gün elmə, tarixi faktlara və sübutlara inanmayaraq molla, keşiş, ravvin, rahib və digərlərinə qulaq asan şəxslər bu cürə fırıldaqlara Allah yaradıb, Allah edib görüntüsü yaradanlara milyonlar xərcləyirlər.
Allah isə sadəcə kənardan baxıb deyir "budurmu yaratdığım"...
dosent Zaur Əliyev
visiontv.az