AZ

Makron, Şolts və Tusk Gürcüstandakı mövcud siyasi vəziyyətdən narahatdırlar

 

Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Olaf Şolts və Polşanın Baş Naziri Donald Tusk birgə bəyanatla çıxış edərək Gürcüstandakı mövcud siyasi vəziyyətdən narahat olduqlarını ifadə ediblər.Missiya.Az “Aktual.ge”yə istinadən xəbər verir ki, bəyanatda Veymar üçbucağı formatının üzvləri olaraq, Gürcüstanın Avropa İttifaqına üzvlük danışıqlarına başlaya bilməsi üçün ciddi islahatlar aparmalı olduğunu vurğulayıblar.“Əgər Gürcüstan hazırkı kursunu dəyişməsə və islahatlarla bağlı, xüsusən də Avropa dəyərlərinə və prinsiplərinə zidd olan son qanunvericiliyi ləğv etməklə ciddi səylər göstərməsə, biz Gürcüstanla üzvlük danışıqlarının açılmasının tərəfdarı ola bilmərik”, - bəyanatda deyilir.Leyla SƏMƏNDƏRMissiya.Az

Seçilən
30
missiya.az

1Mənbələr