AZ

Prezident İlham Əliyev bir sıra qanunlarda dəyişiklik edib

Bakı. Trend:

Prezident İlham Əliyev “Müəlliflik hüququ və əlaqəli hüquqlarhaqqında”, “Kitabxana işi haqqında”, “Sağlamlıq imkanları məhdudşəxslərin təhsili (xüsusi təhsil) haqqında” və “Poçt haqqında”Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədəAzərbaycan Respublikasının Qanununda dəyişiklik edib.

Trend xəbər verir ki, qanununmətnində deyilir:

“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” AzərbaycanRespublikası Qanununun (Azərbaycan Respublikasının QanunvericilikToplusu, 1997, № 3, maddə 167 (Cild I) 19-cu maddəsinin birincihissəsinin 6-cı bəndində “korlar” sözü “görmə qabiliyyəti tamməhdud olan şəxslər” sözləri ilə əvəz edilsin.

Maddə 2. “Kitabxana işi haqqında” Azərbaycan RespublikasıQanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999,№ 3, maddə 158 (Cild I) 6-cı maddəsinin ikinci hissəsinin dördüncüabzasında “korlar” sözü “görmə qabiliyyəti tam məhdud olan şəxslər”sözləri ilə əvəz edilsin.

Maddə 3. “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusitəhsil) haqqında” Azərbaycan Respublikası Qanununun (AzərbaycanRespublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 442 (CildI); 2024, № 6 (I kitab), maddə 643) 7-ci maddəsində aşağıdakıdəyişikliklər edilsin:

3.1. 7.0.1-ci maddədə “məhdud olanlar, o cümlədən zəifeşidənlər” sözləri “və ya qismən məhdud olanlar” sözləri ilə əvəzedilsin;

3.2. 7.0.2-ci maddədə “məhdud olanlar, o cümlədən zəif görənlər”sözləri “və ya qismən məhdud olanlar” sözləri ilə əvəz edilsin.

Maddə 4. “Poçt haqqında” Azərbaycan Respublikası Qanununun(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 8,maddə 604 (Cild I); 2024, № 2, maddə 138) 1.0.11-ci maddəsində“korlar” sözü “görmə qabiliyyəti tam məhdud olan şəxslər” sözləriilə əvəz edilsin.

Seçilən
5
5
az.trend.az

6Mənbələr