"Heç kim bu haqda düşünmür, narahat deyillər. Sosial şəbəkələri açırsan yalnız ədəbsizlik, pozğunluq. Baxırsan, iş adamı, həkim, mühəndis, stilist, rəngsaz, fəhlə, müəllim, qapı-pəncərə düzəldən... Bütün peşələrdən olanlar intim münasibətlərdən, kişilərin-qadınların intim orqanlarından danışırlar".
Qlobal.net olay-a istinadən bildirir ki, bu sözləri instaqramda paylaşdığı videoda müğənni Nadir Qafarzadə deyib.
O, sosial şəbəkələrin bəzi istifadəçilərini tənqid edib: "Siz utanmırsınız? Siz heyvansınız? Onun şüuru yoxdur, küçədə nə gəldi, edir. Siz insansınız, Allah sizə ağıl verib. Hətta TikTok-da arvadlarını çıxardırlar, marça-marça yemək yeyirlər. Arvad hesabına pul qazanırlar, arvad çörəyi yeyirlər. Adlarını kişi qoyublar, sonra da arvad çıxır oturur burada. Əcəb edir. Bu xalq yanıq deyil. Abırlı xalqdır. Lakin çoxunun abır-həyası itib. Sadəcə adı qalıb, özü qalmayıb. Bu, müasirlik deyil. Bu müasirlikdirsə, biz "çuşka"yıq. Tüpürüm sizin müasirliyinizə. Mən utanıram. Başqa ölkələrdə azərbaycanlı olduğumuzu deyəndə bizi utandırmayın. Özünüz cəhənnəm. Yatmağınızı-durmağınızı, "uşağa qalmağınızı", doğmağınızı, hansı pozada nə etdiyinizi, hamısını danışmısınız. Hələ həkim çıxıb mayadan danışır ki, nə etmək olar? Sənin abrın yoxdur? Onu pasientinlə danışa bilərsən. Cəmiyyətdə yox. Nə olsun ki, həkimsən. Həkimsənsə, aç özünü qoy çölə biz də baxaq. Ay kişilər, sözüm sizədir. Nə qədər iplərini boş buraxsanız, arvadlarınızı evdə tapmayacaqsınız. Başa düşürəm ki, arvad çörəyi yeyirsiniz. Siz də bir şey yeməlisiniz. Bu, bəzilərinə aiddir. Allah sizi bizə çox görsün, ay pozğunlar, ədəbsizlər. Pozğunluq etmək olar. Amma dörd divar arasında. Kim deyir ki, sekslə məşğul olmaq olmur, intim əlaqədə olmurlar. Bu, normaldır, etmək olar. Amma sosial şəbəkədə yox. Çünki olmazlar var".