Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, RF Prezidenti Vladimir Putin xoreoqrafiya sənətindəki uğurlarına görə əslən Bakıdan olan azərbaycanlı Eldar Əliyevə "Rusiyanın xalq artisti" fəxri adını verib.
Yaradıcılıq fəaliyyətinin 50 illik yubileyini qeyd edən Eldar Əliyev Mariinski teatrının Primorski səhnəsinin balet truppasının bədii rəhbəridir.
Bundan əlavə, Əliyev Rusiyanın Teatr İşçiləri İttifaqının həmsədri Valeri Qerqiyevin köməkçisi olub.
Hürr Tərcüman