AZ

"Elman Rüstəmov deyirdi ki, evlərdə 10 milyard dollara qədər vəsait saxlanılır" - Deputat

"Son illər 20-dən çox bank bağlanıb, ona görə də əhalinin banklara etimadı azalıb. Vaxtilə Elman Rüstəmov deyirdi ki, evlərdə 10 milyard dollara qədər vəsait saxlanılır".

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.

"Hansı tədbirlər görülməlidir ki, həmin pullar iqtisadiyyatımıza yatırılsın və vətəndaşların banklara inamı bərpa olunsun? Bu baxımdan, Mərkəzi Bankın üzərinə böyük işlər düşür və konkret addımlar atılmalıdır. Mən təklif edəndə ki, 2 milyard yerli banklara yerləşdirilsin, Elman Rüstəmov demişdi ki, bizim iqtisadiyyatımız bu vəsaiti həzm edə bilməz", - deyə deputat bildirib.

Qeyd edək ki, Elman Rüstəmov 1995-2022-ci illərdə Azərbaycan Mərkəzi Bankının sədri olub.

Seçilən
9
3
sabahinfo.az

5Mənbələr