AZ

Putin noyabrın 27-də Qazaxıstana səfər edəcək

Rusiya Prezidenti Vladimir Putinin Qazaxıstana səfəri noyabrın 27-nə planlaşdırılır.

Bunu ölkənin xarici işlər naziri Murat Nurtleu Astanada rusiyalı həmkarı Sergey Lavrovla geniş tərkibli görüşdə bildirib.

"Rusiya Prezidentinin noyabrın 27-də Qazaxıstana dövlət səfəri çoxşaxəli tərəfdaşlığın inkişafı üçün böyük əhəmiyyət kəsb edir", - o qeyd edib.

Öz növbəsində, S.Lavrov qeyd edib ki, tərəflər Rusiya Prezidentinin noyabrın 27-də Qazaxıstana dövlət səfərinə ciddi hazırlıq görürlər.
 
 

Seçilən
26
9
7news.az

10Mənbələr