AZ

“Bude/Qlimt” “Qarabağ”ın xəyallarını alt-üst etməyə hazırdı!” – norveçlilər qələbəyə köklənib

“Qarabağ”ın Avropa Liqasının 4-cü turundakı rəqibi “Bude/Qlimt” qarşılaşmaya həsr edilən məqalə yayınlayıb.

“Football-plus.az” klubun rəsmi saytına (glimt.no) istinadla sizi məqalənin bəzi hissələriylə tanış edir:

“Bude/Qlimt” Avropa Liqasının yeni mövsümünə mükəmməl başlayıb. İndi hər şeyin daha yaxşı olması üçün bizə yalnız bir qələbə lazımdı. Bu üzdən komandamız “Qarabağ”ın xəyallarını alt-üst etməyə hazırdı!

“Qarabağ” hazırda Avropa Liqasının ən zəif komandasıdı, 0 xalla sonuncu yerdədi. Amma etiraf edək ki, azərbaycanlılar çox güclü rəqiblərlə qarşılaşıb. “Qarabağ” yeni “futbol ili”ndə yalnız yerli çempionatda sevinir. “Xəyal şəhəri”nin (Ağdam – red.) təmsilçisi turnir cədvəlində ən yaxın izləyicisi “Turan Tovuz”u 3 xal qabaqlayır. Klub əslən Ağdama məxsus olsa da, hazırda paytaxt Bakıda yerləşir. Niyə “xəyal şəhəri”? Ona görə ki, Ermənistanın silahlı qüvvələri 1993-cü ildə bu şəhəri ələ keçirdi və əhalinin qayıtmasına mane olmaq üçün dağıntılar etdi. İndi şəhər yenidən Azərbaycana məxsusdu. Deyilənə görə, “Qarabağ” tezliklə Ağdama qayıdacaq. Lakin bu, yalnız müzakirə edilir.

“Bude/Qlimt” yalnız qələbə haqda düşünür. Xallarımızın sayını 10-a çatdırmaq istəyirik. Böyük ehtimalla bunu bacaracağıq”.


KƏNAN BAHADIR
Seçilən
16
football-plus.az

1Mənbələr