AZ

İndoneziyaya İtaliyadan 1,25 milyard dollar kredit alıb

Bakı,TurkicWorld

İndoneziya iki çoxməqsədli dəniz patrul gəmisinin satın alınmasını maliyyələşdirmək üçün İtaliyadan 1,25 milyard dollar kredit alıb.

TurkicWorld xəbər verir ki, İndoneziya Fransanın Credit Agricole şirkətinin iştirakı və İtaliyanın SACE maliyyə təşkilatının dəstəyi ilə BNP Paribas-dan 1,25 milyard dollarlıq kredit əldə edib.

Bu maliyyə İndoneziyanın Fincantieri tərsanəsindən iki PPA (Çox Məqsədli Dəniz Patrul Gəmisi) sinfinə aid gəmilərin satın alınmasının maliyyələşdirilməsi üçün istifadə olunacaq.

Kredit sazişinin İndoneziya ilə İndoneziya Maliyyə Nazirliyi arasında ilin sonuna kimi imzalanması gözlənilir.

“Bu PPA sinifli patrul gəmiləri İndoneziyanın öz maraqlarını qorumaq və Hind-Sakit Okean regionunda sabitliyə töhfə vermək səylərini dəstəkləyəcək”,- deyə şirkət öz bəyanatında bildirib.

Ümumi çəkisi 5800 ilə 6300 ton arasında dəyişən PPA sinif gəmilər yüksək texnologiyalı avadanlıqları və çevik strukturları ilə müxtəlif missiyalarda istifadə edilmək üçün istehsal olunur.

Seçilən
17
turkic.world

1Mənbələr