AZ

Məşhur futbolçunun sifətini dağıtdılar - 10 tikiş qoyuldu - Foto

Ötən gecə Çempionlar Liqasının 4-cü həftəsində keçirilən "Çrvena Zvezda" - "Barselona" matçında gənc futbolçu Pau Kubarsinin başına inanılmaz hadisə gəlib.

News24.az xəbər verir ki, matçın 65-ci dəqiqəsində rəqib oyunçu topla rəftar edərkən üzünə dəydikdən sonra qan içində yerdə qalan Cubarsi hər kəsi qorxuya salıb. Oyunu tərk etməli olan gənc ulduzun müayinəsi zamanı üzündə xeyli yara olduğu və açılma olduğu anlaşılıb.

Matçın sonunda almaniyalı məşqçi gənc futbolçunun vəziyyətinin yaxşı olduğunu, üzündəki yaraya 10 tikiş qoyulduğunu bildirib. O, Cubarsinin bazar günü keçiriləcək oyun üçün heyətdə olmasının mümkün olacağını bildirib. 

"Barselona" matçdan sonra gənc ulduzun şəklini sosial media hesabında paylaşaraq, "Hər şey Barsa üçündür" yazıb.

Ağa



Seçilən
48
news24.az

1Mənbələr