AZ

Türk dünyasının yeni bayrağı gücümüzün SİMVOLUDUR

Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçılarının 11-ci Zirvə görüşündə təşkilatın yeni bayrağı qəbul edilib. Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Caparov və Özbəkistan Prezidenti Şavkət Mirziyoyev bayrağın qəbul edilməsi barədə qərar qəbul ediblər.

 

Təşkilatın əvvəlki bayrağında Azərbaycan Respublikasının bayrağının ulduzundan, Türkiyə bayrağının ayparasında, Qazaxıstan Respublikasının bayrağının mavi rəngindən, Qırğızıstan Respublikasının bayrağının günəşindən istifadə edilmişdi.

 

Modern.az-ın məlumatına görə, yeni bayrağın dizaynında firuzəyi mavi fonda səkkizbucaqlı, aypara və ulduz, günəş təsvir edilib.

 

Bayrağa əlavə edilən səkkizbucaqlı türklərin əsrlər boyu mövcud olan dövlətçilik ənənəsini, həmçinin Türk Dövlətləri Təşkilatına tamhüquqlu üzv və müşahidəçi üzv olan ölkələri (Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Şimali Kipr, Türkmənistan, Macarıstan təmsil edir. Səkkizbucaq həm də cümhuriyyətin təsdiqini, ortaq türk mədəni irsindən gələn güc və birlik əlamətini simvollaşdırır. Azadlıq, sabitlik, həmrəylik kimi dəyərlər də yeni bayraqda təmsil olunub. Türk və İslam ənənələrində səkkizbucaq hikmət simvolu da hesab olunur.

Səkkizguşəli ulduz ənənəsi Qaraxanlılar dövründə başlayıb və tarixən bir çox türk dövlətinin bayrağında mövcud olub. Bu gün həmin ulduz Azərbaycan bayrağında da var.

 

Bayrağın rəngi birliyin və sülhün simovuludur. Firuzəyi mavisi türk xalqlarının sülh və firavanlığının, qarşılıqlı əlaqələrinin sübutudur. Tarixən mavi rəng türk mədəniyyəti və ənənələri ilə sıx bağlı olub və xalqın birlik ruhunu daha da gücləndirilib. Mavi fon həmçinin Türk dünyasının vahid bir səma altında birləşdiyini, ortaq hədəflərə doğru irəlilədiyini və Türk Dövlətləri dövlətlərinin birliyinin təcəssüm edir.

 

 

Bayrağın mərkəzindəki günəş TDT-nin üzv dövlətləri arasında paylaşdığı ortaq dəyərləri təmsil edir. Günəşin düz şüalarıTürk dünyasının yolunu işıqlandıran baxışı simvolizə edir. Bu işıq təşkilatın gələcəyə doğru irəliləməsini, sabahın daha aydın və firavan olması üçün verdiyi töhfələri nümayiş etdirir.

 

Yeni bayraq Türk Dövlətləri Təşkilatının missiyasının mərkəzində duran türk kimliyinin, birliyinin və ortaq irsinin təməl simvollarını bir araya gətirərək, təşkilatın gələcəyə olan baxışını vurğulayır.

 

Həsən Mahanov

Seçilən
16
2
modern.az

3Mənbələr