AZ

MDB ölkələrinin hərbi əməkdaşlıq LAYİHƏSİ: “Azərbaycanın maraqlarına ziddir”

“MDB ölkələrinin hərbi əməkdaşlıq layihəsi Rusiyanın imperiya maraqlarına hesablanıb, nəbz yoxlaması üçün ortaya atılıb”.

Bu fikri MDB ölkələrinin 2030-cu ilə qədər hərbi əməkdaşlıq konsepsiyasının layihəsini hazırlamağa başlamasına Yenicag.az-da münasibət bildirən müstəqil siyasətçi Zəlimxan Məmmədli deyib.

Onun sözlərinə görə, Azərbaycan bu cür hərbi birliklərdən uzaq durmalıdır:

“MDB daha çox iqtisadi əməkdaşlığın üzərində qurulub. Bundan doğan KTMT qurublar. BRICS-in üzərindən də oyunlar gedir. Rusiyanın özünün imperiya maraqları bunu etməyə əsas verir. Hər bir ittifaq siyasi mahiyyət daşıyır. Hərbi ittifaq bir dövlətin başqa dövlətdən asılılığını ehtiva edir. Bu, Rusiyanın imperiya maraqlarına hesablanıb, nəbz yoxlaması üçün ortaya atılıb. Azərbaycan müstəqil siyasətini yeritməlidir. Azərbaycan Rusiya ilə milli maraqlarımıza toxunan hər hansısa addım atmamalıdır, lakin həm də əlaqələri kəsməməlidir”.

“Hərbi-siyasi xarakterli məsələlər indiki zamanda hətta 30-cu ildə belə Azərbaycanın milli maraqlarına uyğun deyil. Hərbi ittifaq yaranırsa, bir tərəfdə Türkiyə var, bir tərəfdə də Azərbaycana dəstək verən ölkələr. Bu nə regiona, nə Azərbaycana, nə də Türk dünyasının maraqlarına uyğun deyil”.

Səxavət Məmməd

Seçilən
17
yenicag.az

1Mənbələr