AZ

Lavrov Tokayevlə görüşündən danışıb

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə görüşdüyünü bildirib.

 

Oxu24.com xəbər verir  ki, “Mən indicə prezident Qasım-Jomart Tokayevlə  görüşdüm”, deyə o bildirib.

Lavrovun sözlərinə görə, tərəflər Rusiya prezidenti Vladimir Putinin noyabrın 27-də Astanaya baş tutacaq dövlət səfərinə hazırlıq məsələlərini müzakirə ediblər. Bu səfər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) də Qazaxıstan paytaxtında keçiriləcək sammiti ərəfəsində baş tutacaq. Rusiya XİN rəhbəri qeyd edib ki, Tokayevlə söhbətində Putinin səfəri zamanı imzalanmalı olan sənədlərin yüksək səviyyədə hazırlığı qeyd olunub.

Həmçinin, Lavrov Qazaxıstanın baş nazirinin müavini və xarici işlər naziri Murat Nurtleu ilə görüşündə respublikanı tərəfdaş ölkə kimi BRİKS-ə qoşulmağa dəvət edib. Moskva ümid edir ki, bu, aktual qlobal problemlər üzrə Qazaxıstan-Rusiya təmaslarını zənginləşdirəcək.

Bundan əvvəl Rusiya və Qazaxıstanın Təhlükəsizlik Şuraları 2025-2027-ci illər üçün əməkdaşlıq planını təsdiqləyib.

 

Nigar 

Seçilən
20
50
oxu24.com

10Mənbələr