Rusiyanın Saxalin vilayətinin Oxot dənizi sahillərində 5.3 və 4.3 bal gücündə iki zəlzələ baş verib.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Saxalin filialı məlumat yayıb.
5.3 bal gücündəki birinci zəlzələnin episentri Sobolino kəndindən 252 km aralıda, yerin 600 km dərinliyində yerləşib.
İkinci zəlzələ isə 4.3 bal gücündə Matua adasının (Kuril adaları, Saxalin) 116 kilometr şərqində, yerin 45 km dərinliyində qeydə alınıb.
Tələfat və dağıntı barədə məlumat yoxdur.