AZ

Azərbaycanda bu şəxslərə yeni hüquqlar verilir

Mərkəzdə saxlanılan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin mülki hüquq və ailə münasibətlərində iştirakı ilə bağlı yeni qaydalar müəyyən edilir.

"Unikal" xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Miqrasiya Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, Mərkəzdə saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər şəxsən və ya öz nümayəndələrinin vasitəsilə mülki hüquq münasibətlərində iştirak edir, ailə qanunvericiliyinin tələblərinə uyğun olaraq nikah bağlayır, nikahı pozur, habelə digər ailə münasibətlərində iştirak edirlər.

Mərkəzdə saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər notarius xidmətlərindən istifadə etmək hüququna malikdirlər.

Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq I oxunuşda qəbul edilib.

Anar Kəlbiyev
 

Seçilən
35
9
unikal.az

10Mənbələr