AZ

Turizm Agentliyinin 1.3 milyonluq layihəsi niyə 354 minə düşdü?

Azərbaycan Turizm Agentliyi Çin, Hindistan, Rusiya, Qazaxıstan, Özbəkistan üzrə turizm sənayesi və media nümayəndələrinin Azərbaycana tanıtım səfərlərinin təşkili etməyi planlaşdırır. Tribunainfo.az xəbər verir ki, bu xidmətlərinin satın alınması üçün agentlik tender keçirib.
Rəsmi qaynaqlarda qeyd edilir ki, agentlik bu xidmətlərin əldə ediləməsi üçün 1.368.599,55 manat pul ayrılmasını istəyib. Elə təkliflərində ehtimal olunan məbləğ kimi, yuxarıda göstərilən rəqəmi qeyd edib. Lakin tenderin qalibi olan “STİ TRAVEL” MMC bu işləri 354.179,78 manata edə biləcəyini bildirib.
Nəzərinizə çatdıraq ki, Dövlət Turizm Agentliyi ilə STİ Travel arasında bu, ilk tender hadisəsi deyil. Hələ 2022-ci ildə “2022-ci ildə xarici ekspertlər və turizm nümayəndələri üçün tanışlıq turlarının təşkili xidmətlərinin satın alınması” ilə bağlı keçirdiyi tenderin də qalibi olub. Həmin vaxt “Sti Travel” MMC Dövlət Turizm Agentliyinə bu işləri 1 milyon 209 min 257 manata görübmüş.
“STI TRAVEL” turizm şirkətinin rəhbəri (general-direktor) Viktoriya Hüseynovadır. Bu şirkət beynəlxalq tələbə və turistik konfederasiya olan STA rəsmi nümayəndəsidir. STI YUNESCO-nun dəstəyi ilə 1949-cu ildə Böyük Britaniyada yaradılıb. Şirkətin dünyanın 116 müxtəlif ölkəsində nümayəndəlikləri var. STI Azerbaijan şirkəti 19 ildir ki, turizm və biznes xidmətləri bazarında fəaliyyət göstərir.
Ötən il Səhmdar Cəmiyyətə çevrilən şirkətin adı Valyuta tənzimi qaydalarının pozulmasına qarışıb. Və buna görə, məhkəməyə verilib. Nəticədə, İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi üzrə protokol tərtib edilib və cərimələnib.
İndi maraqlı suallardan biri də budur ki, sözüegedən xidməti 1.35 milyon manata almaq istəyən Turizm Agentliyi necə oldu ki, prosesi 354 minlə yekunlaşdırmağa razı oldu? Əgər bu vəsaitə prosesi reallaşdırmaq mümkün idisə, o zaman 1.35 milyon rəqəmini niyə ortaya atmışdılar? Hər halda agentliyin bununla bağlı məntiqli açıqlaması var.
Qarşı tərəfi də dinləməyə hazırıq.

Seçilən
31
tribunainfo.az

1Mənbələr