AZ

Ağdamda 31 ildən sonra camaat namazı qılınıb

Ağdama səfər edən yerli və əcnəbi dini liderlər Şəhidlər xiyabanını və Cümə məscidini ziyarət ediblər.

“İki sahil” xəbər verir ki, Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarındakı xüsusi nümayəndəsinin müavini Eldar Seyidov ziyarətçilərə Birinci Qarabağ müharibəsi, Xocalı faciəsi qurbanları və Ağdamda dəfn edilən Vətən müharibəsi şəhidləri ilə bağlı məlumat verib.

Dini liderlər şəhidlərin məzarlarını ziyarət edib, ruhlarına dualar, Qurandan ayələr oxuyublar.

Daha sonra Ağdam Cümə məscidində ziyarətçilərə işğal dövründə məscid və dini abidələrə qarşı törədilən vandalizm haqqında faktlar nümayiş olunub.

Cümə məscidində, həmçinin Türkiyə Diyanət İşləri İdarəsinin sədri Ali Erbaş tərəfindən azan verilib, camaat namazı qılınıb.

Seçilən
19
5
ikisahil.az

10Mənbələr