AZ

Rusiya Xarici Kəşfiyyat Xidməti: "ABŞ Ermənistanı milli intihara sövq edir"

ABŞ Dövlət Departamenti Ermənistanda qərbyönlü vətəndaş cəmiyyəti strukturlarını stimullaşdırmaq üçün işləri sürətləndirib.

Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidməti (SVR) bildirir.

Qurum hesab edir ki, Birləşmiş Ştatlar "Ukrayna və Moldovada sınaqdan keçirilmiş sxemlərə əsasən” Ermənistanın qərbyönümlü inkişaf kursuna yönəlməsinə nail olmaq istəyir. SVR əmindir ki, Vaşinqton İrəvanı israrla "milli intihara” sövq edir.

Xidmətin press-relizinə görə, Amerika hakimiyyəti erməni siyasi elitasına "rəhbər təsirini gücləndirmək” niyyətindədir. İddia olunur ki, bu məqsədlə Dövlət Departamentinə bağlı strukturlara Ermənistan departamentlərinin nümayəndələri üçün təlim kurslarını genişləndirmək və orada xarici müşavirlərin olmasını təmin etmək tapşırılıb. "Ermənistandakı ictimai-siyasi proseslərə davamlı anti-Rusiya xarakteri vermək” vəzifəsi də qoyulub.

"ABŞ-ın rəhbərlik etdiyi qondarma sivil icmaya qoşulmağın "ali məqsədinə" nail olmaq üçün erməni xalqı öz ənənələrindən, milli ictimai təməllərindən və son illərdə iqtisadiyyatının dinamik böyüməsini təmin edən Aİİ-dən olan ən yaxın tərəfdaşları ilə Ermənistanın maraqlarına cavab verən sabit ticarət və iqtisadi əlaqələrdən imtina etməli olacaq", deyə SVR bildirib.

Xatırladaq ki, fevralda Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında iştirakının dondurulduğunu bəyan edib. O, təşkilatı Ermənistanın təhlükəsizliyi və suverenliyinə təhdid adlandırıb. 

Apreldə Paşinyan bildiribi ki, Rusiya ilə münasibətlər "ağır günlər keçir”. Oktyabr ayında o, Moskvada prezident Vladimir Putinlə görüşüb və Kazanda keçirilən BRİKS sammitində də iştirak edib.

Nizami Bağırov
Seçilən
28
qaynarinfo.az

1Mənbələr