AZ

Nazirlər Kabineti yeni QƏRAR imzaladı

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı imzalanıb.

Bakıvaxtı.az qərarın mətnini təqdim edir.

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 4, maddə 299 (Cild I); 2024, № 1, maddə 78, № 3, maddə 354, № 6 (II kitab),

maddə 715; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 16 oktyabr tarixli 455 nömrəli Qərarı) aşağıdakı məzmunda 4.24-1-ci bənd əlavə edilsin:

“4.24-1. “Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin təsdiqedici sənədləri əsasında, gömrük rüsumlarından azad olunmaqla idxal edilən bərpa olunan enerji və ondan səmərəli istifadə edilməsi sahəsində tətbiq olunan qurğuların, onların istehsalı üçün avadanlıqların hissə və ləvazimatlarının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə Siyahısı” təsdiq edilsin (əlavə olunur).”.

2. Bu Qərar 2024-cü il iyunun 1-dən tətbiq edilir və 3 (üç) il müddətində qüvvədədir.

Seçilən
16
bakivaxti.az

1Mənbələr