AZ

Müharibə bu halda sona çatacaq

Qərb dövlətləri Kiyevə hərbi dəstəyi dayandırsalar, Ukraynadakı münaqişə çox tez bitəcək və həll olunacaq.

Oxu24.com xəbər verir ki,bunu RİA Novosti ilə söhbətində senator Sergey Perminov Donald Trampın Ukrayna ilə bağlı sülh planını şərh edərkən deyib.

Parlamentarinin sözlərinə görə, Qərb ölkələrinin mövqeyində dəyişiklik olmasa, Ukraynada münaqişə davam edəcək. O, Rusiyanın mövqeyini xatırladıb ki, Ukrayna Silahlı Qüvvələrinə yardım dayandırılarsa, hərbi əməliyyatlar dayandırılacaq və nizamlanmanın həlli yolu tapılacaq.

Perminov qeyd edib ki, bu prosesdə ABŞ-ın rolu və mövqeyi mühümdür.

“Ağ Evin siyasi ənənəsi hakimiyyəti ABŞ-ın qalib gələn 47-ci prezidentinin yeni kabinetinə ötürmək məqsədi ilə keçid komandasının formalaşdırılmasıdır. Bu müddət ərzində kadr və siyasi qərarların qəbulu prosesi ictimai və beynəlxalq rəyin yoxlanılması, mövqelərin sınaqdan keçirilməsi məqsədilə çoxlu sayda informasiya inyeksiyaları ilə müşayiət olunacaq”, - senator bildirib.

Bundan əvvəl “The Wall Street Journal” (WSJ) mənbələrə istinadən yazıb ki, Trampın planında bir neçə əsas məqam var. Cəbhə xəttinin dondurulduğu və onun boyu hərbsizləşdirilmiş zonanın yaradıldığı güman edilir. Lakin bu zonanın təhlükəsizliyini kimin təmin edəcəyi sualı açıq qalır. Ukrayna tərəfi də öz növbəsində yaxın 20 ildə NATO-ya daxil olmaq cəhdlərindən çəkinməyi öhdəsinə götürür. Bunun müqabilində ABŞ Ukraynanı silahla təmin etməyə davam edəcək. Tramp komandasının anonim nümayəndəsi bildirib ki, ABŞ hərbi təlim və digər formada dəstək verməyə hazırdır, lakin sülhməramlı əməliyyatlarda əsas iştirak Avropanın üzərinə düşəcək.

Bundan əvvəl bukmeker kontorları Trampın Ukraynadakı münaqişəyə son qoyacağına dair mərcləri qəbul etməyə başlayıb.

 

Nigar

 

Seçilən
20
32
oxu24.com

10Mənbələr