“İnter”in yarımmüdafiəçisi Hakan Çalhanoğlu Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunun “Arsenal”a qalib gəldikləri oyun (1:0) haqqında danışıb.
QOL.az UEFA-nın saytına istinadən verir ki, komandasının qələbə qolunu vuran türkiyəli yarımmüdafiəçi deyib: “Zədədən qayıtdığım və əlbəttə ki, qələbə qolunu vurduğum üçün xoşbəxtəm. Bu gün biz əla iş gördük və qələbə qazanmaq üçün çox şey qurban verdik”.
Qeyd edək ki, “İnter” hazırda ÇL-in turnir cədvəlində 10 xalla 5-cidir.