“Atalanta”nın baş məşqçisi Can Pyero Qasperini UEFA Çempionlar Liqasında “Ştutqart” üzərində səfər qələbəsini şərh edib.
Arena.az xatırladır ki, “İlahə” yarışın Liqa mərhələsinin 4-cü turu çərçivəsində “şvabiyalılar” üzərində 2:0 hesablı qələbə qazanıb.
Matçdan sonra baş tutan mətbuat konfransında Qasperini jurnalistlərə açıqlamasında bunları söyləyib:
“Biz bura qalib gəlmək üçün gəlmişdik, amma başa düşürdük ki, bu, inanılmaz dərəcədə çətin olacaq. Onların elə, “Yuventus” üzərindəki səfər qələbəsi (1:0) nəyə desən, dəyər. Bəli, sonda bəzi çətinliklərlə üzləşdik, amma onların da öhdəsindən gələ bildik. UEFA Çempionlar Liqasında hər oyun daha yaxşı olmağımıza kömək edir. Əlbəttə, ötən il Avropa Liqasında qazanılmış əvəzsiz təcrübəni də unutmaq olmaz.
Bu qələbə bizə özümüzü yarış cədvəlində yaxşı hiss etməyə imkan verir, amma burada hər şey çox soxa-soxdur. Görək sonda harada qərarlaşacağıq”, – “Sky Sport Italia” dərgisi italyan mütəxəssisdən sitat gətirir.
Əlavə edək ki, “Atalanta” və “İnter” Çempionlar Liqasının cari mövsümündə qapılarını “quru” saxlamağı bacarmış yeganə kollektivlərdir.
4 turdan sonra “Atalanta” UEFA Çempionlar Liqasının Liqa mərhələsinin yarış cədvəlində 8 xalla 9-cu pillədə qərarlaşıb. “Ştutqart” isə 4 xalla 27-ci pillədədir.