AZ

İnsan dərisindən qadcetlərə enerji ötürülüb - Alimlərdən maraqlı araşdırma

Karnegi Mellon Universitetinin (ABŞ) alimləri enerjinin insan dərisi vasitəsilə uzaqdan elektron cihazlara ötürülməsi üsulunu sınaqdan keçiriblər.

"Unikal" xəbər verir ki, tədqiqatın nəticələri ACM-nin İstifadəçi İnterfeysi Proqramı və Texnologiyası üzrə Simpoziumu (UIST) elmi konfransında təqdim olunub.

Təcrübə zamanı alimlər cibdəki akkumulyatordan enerjini bədəndən keçirici kimi istifadə edərək, insanın qoluna bərkidilmiş ötürücüyə uğurla ötürə biliblər.

Alimlərin fikrincə, dəri 40 meqahers tezliyində enerjini effektiv şəkildə “keçirməyi” bacarıb və prosedur narahatlıq və ağrı ilə müşayiət olunmayıb. Tədqiqatçılar aydınlaşdırıblar ki, bu yolla onlar 100 mikrovat çıxara biliblər.

Alimlər qeyd ediblər ki, akkumulyatorlar dizayn və istifadə üçün böyük maneə yaradır, qadcetlərə ağırlıq və həcm əlavə edir və adətən cihazın vaxtaşırı çıxarılmasını və yenidən doldurulmasını tələb edir. Dəri doldurma metodu fiziki fəaliyyəti və sağlamlığı izləyən kiçik cihazların enerji təchizatı üçün əsas ola bilər. Bununla belə, alimlər qeyd edirlər ki, fitnes qolbaqları və ya ağıllı saatlar kimi daha çox enerji tutumlu qadcetləri idarə etmək üçün 100 mikrovat kifayət etmir.

Gülayə Mecid

Seçilən
13
unikal.az

1Mənbələr