AZ

Deputat telekanallardakı bu cür verilişləri tənqid etdi



"Əsas gücümüzü məişət zorakılığını yaradan səbəblərin aradan qaldırılmasına yönəltməliyik. Qeyd olundu ki, bir çox hallar statistikaya düşmür. Mətbəxdə mübahisə düşür, baltanı götürüb kəlləsinə vurur, bununla hansı statistikaya düşəcək?"

aia.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov “Məişət zorakılığının qarşısının alınması haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, ani olan cinayətlər, bir də uzunmüddətli psixoloji travmalar var ki, başqa şeydi: "Bunun əziyyətini daha çox çəkən qadınlar, qocalar və uşaqlardır. Hər gün rastlaşırıq ki, oğul atasını döyüb öldürdü, ər arvadını qətlə yetirdi, qardaş bacısını bıçaqladı və s. Bunların qarşısını alınmalıdır. Bu gün bununla bağlı maarifləndirmə işi apara biləcək televiziya kanallarında əksinə bunun qızışdırılmasına verilişlər həsr olunur. Bir nəfər oturub orada və sanki həm məhkəmə, həm prokuror, həm də cinayət axtarış şöbəsidir. Oradan hərəyə bir göstəriş verir. Bir verilişin aparıcısısan, sən bu ölkədə hansı vəzifəni daşıyırsan? Hüquqi təhsilin yoxdur. Məsələnin mahiyyətindən xəbərin yoxdur, 3 qonşunun dediyindən elə bir fomra yaradırsan ki, növbəti cinayəti törədilməsinə yol açılsın. Bunun qarşısı ciddi şəkildə alınamlıdır. Həmin verilişə gələn ekspertlər harada formalaşıb? Bu incəsənət xadimirdirsə, demək bundan ekspert olar. Orada camaata ağır öyrətməlidir ki, həyatıvı elə yox, belə yaşa".

Onun sözlərinə görə, dövlət vəsait ayırır ki, seriallar çəkilib insanın mənəvi tərbiyəsini formalaşdırsın, daha tərbiyəsni pozmasın: "Keçmişdə gənclər Koroğluya, Babəkə oxşama çalışırdısa, indi həmin serialdakılara oxşamağa çalışırlar. Yəni, indi gənclər kriminal obrazlara oxşamağa çalışır. Bunlar cəmiyyətin içərisinə daxil olaraq mənəviyyatını və əxlaqını pozur. Kəskin şəkildə qanunlar qəbul olunmalıdır ki, bu məsələlər öz həllini tapsın".

aia.az



Seçilən
15
2
aia.az

6Mənbələr