ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp dövlət katibi vəzifəsi postuna namizəd kimi ABŞ senatorları Marko Rubionu, Bill Haqerti və ABŞ-ın Almaniyadakı keçmiş səfiri Riçard Qreneli nəzərdən keçirir.
Azpost.info bildirir ki, bu barədə Konqresdəki mənbəyə istinadən “Politico” məlumat yayıb.
Qeyd edildiyi kimi, senator Tom Kotton (Arkanzas) müdafiə naziri vəzifəsinə namizəddir. Jurnalist Taker Karlson və İlon Mask da yeni administrasiyada vəzifə ala biləcəklər arasındadır.