AZ

Trampın qayıdışı: Beynəlxalq ticarət korporasiyalarının qələbəsi və sol radikallara zərbə?- ÖZƏL

"Donald Trampın prezident seçilməsi beynəlxalq ticarət korporasiyalarının qələbəsidir və məncə, neoliberalistlərə, LGBT-çilərə, o cümlədən sol radikalizmə ciddi zərbədir. Bu mənada dünyada yeni bir tərəddüdə son qoymaq məqsədi daşıyır".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli deyib:

"Məncə, Amerikanı bir az fərqli şəkildə təqdim edən bir yanaşma olacaq. Əgər Amerika Birləşmiş Ştatları sanksiyalar, müharibə, Fələstin-İsrail, o cümlədən Ukrayna savaşı üzərindən qiymətləndirilən bir performans göstərir və bununla gündəmdə qalır, təsir mexanizmi yaradır, açıq, amma proqnoz edilən qarşıdurmalara gedirdisə, Trampda bu, bir az xaotik nöqtədə dayanır. Gözlənilməz addımlarla müşayiət olunur. Hər halda ticarət savaşlarını gətirmiş bir adam kimi silahlı qarşıdurmalardan daha çox iqtisadi müqaviməti göstərəcək bir adamdır. İran üçün bunun nə dərəcədə yaxşı xəbər olduğunu demək çətindir".

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
6
olaylar.az

1Mənbələr