AZ

London derbisinə doğru: Favorit kimdir?

Həftəsonu İngiltərədə daha bir möhtəşəm oyun olacaq. 

Belə ki, 10 noyabr bazar günü Premyer Liqanın 11-ci turu çərçivəsində London nəhəngləri üz-üzə gələcək. Söhbət "Çelsi" və "Arsenal"dan gedir. Sözügedən oyuna maraq kifayət qədər böyükdür. 

Bəs hansı komanda qələbəyə daha yaxındır? 

Futbol mütəxəssisi Aslan Kərimov Hit.az-a açıqlamasında "Çelsi" - "Arsenal" matçından gözləntilər barədə danışıb:

"Bu oyun turun ən maraqlı oyunlarından biri olacaq. Çünki hər iki komandanın xalları eynidir, 4 və 5-ci yerləri bölüşüdürürlər. Əslində, London klubları bir-birləri ilə oynayarkən qarşıdurma hər zaman gərgin olur. Düşünürəm ki, bu da həmin oyunlardan biri olacaq. Üstəlik, qələbə qazanan rəqibini 3 xal qabaqlayacaq. Ona görə də çox gərgin matç keçəcək. Hətta deyərdim ki, qış fasiləsinə qədər izləyəcəyimiz ən gərgin oyunlardan biri olacaq". 

361775

Ekspert komandaları da analiz edib:

"Ümumiyyətlə, "Arsenal" daha çox geridən oyun qurmağı sevən, topu kombinasiyalı şəkildə rəqib komandanın qapısının ağzına çatdırmağa çalışan komandadır. Digər tərəfdə isə topla oynamağı sevən, amma daha çox keçid futboluna üstünlük verən "Çelsi" var. 

Yəni "Arsenal" geridən çoxlu şəkildə paslarla oyun qurmaq istəsə, "Çelsi"nin pressinqi ilə üzləşə bilər. Çünki zaman-zaman "Arsenal"ın geridən oyun qurarkən səhv etdiyini də görmüşük".

Aslan Kərimov London derbisi haqqında proqnoz da verib:

"Hər iki komandanın qalib gəlmə ehtimalı bərabərdir. Lakin evində oynadığı üçün cüzi də olsa bir qədər "Çelsi"nin üstünlüyü ola bilər".

Pərviz

Seçilən
21
hit.az

1Mənbələr