Ukrayna prezidenti Volodimir Zelenski Macarıstana səfər edib.
Missiya.Az “Reuters” agentliyi məlumat yayıb.
Bildirilir ki, Ukrayna lideri Avropa Siyasi Birliyinin sammitində iştirak etmək üçün Budapeştə gedib.
Məlumata görə, Zelenskinin Budapeştə səfəri Macarıstanın baş naziri Viktor Orbanın dəvəti ilə həyata keçirilib.
Qeyd edək ki, bu Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlamasından sonra Zelenskinin Macarıstana ilk rəsmi səfəridir.
Daşqın HəsənovMissiya.Az