“Azərbaycanın hərbi eskalasiyaya gedəcəyi ilə bağlı qorxumuz yoxdur”. Tribunainfo.az bildirir ki, bu sözlərin müəllifi Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyandır.
O iddia edib ki, “Sülh yollarının kəsişməsi” layihəsi siyasi alət deyil, Şərqi Qərblə, Cənubu Şimalla birləşdirən iqtisadi vasitədir. “Əgər bu iqtisadi maraqlar Ermənistan və Azərbaycanda reallaşsa, nə Ermənistanda, nə Azərbaycanda, nə də başqa yerdə müharibə haqqında düşünmyəcəklər. Çünki həm Ermənistan, həm Azərbaycan, həm də hər iki ölkənin qonşuları, bütün böyük və kiçik dövlətlər bu prosesdən pul qazanacaq”.
Papoyan qeyd edib ki, Azərbaycanla sülh sazişinin imzalanma tarixləri barədə məlumatsızdır. “Lakin heç bir maneə yaranmazsa, bir həftə içində sənədi imzalamağa Ermənistan hazırdır. İndi Ermənistanla Azərbaycan arasında gedən proses məndə müsbət təəssürat yaradır ki, sülh müqaviləsi imzalayacağıq”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta