AZ

Trampın qələbəsi milyarderlərə sərvət yağdırdı: Mask, Bezos və digərləri...

Donald Trampın ABŞ prezident seçkilərindəki qalibiyyəti dünya milyarderlərinin sərvətinə əhəmiyyətli təsir göstərib. Trampın yenidən qələbə qazanması amerikalı iş adamlarının və texnologiya nəhənglərinin sərvətində rekord artıma səbəb olub. Valyuta.Az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Trampın qələbəsindən ən çox yararlanan "Tesla" və "SpaceX"in sahibi İlon Mask olub. Maskın sərvəti qələbədən sonra 10,1 faiz yüksələrək 26,5 milyard dollar artıb və ümumi sərvəti 290,3 milyard dollara çatıb. Digər milyarderlər arasında diqqət çəkən şəxs "Amazon"un təsisçisi Ceff Bezos olub. Onun sərvəti bir gündə 7,14 milyard dollar artıb. Eyni zamanda, "Oracle" şirkətinin rəhbəri Larri Ellison da bu dalğalanmadan faydalanaraq 9,88 milyard dollar gəlir əldə edib.

Trampın qələbəsi digər məşhur milyarderlərin də sərvətini artırıb. Onların arasında "Microsoft"un təsisçisi Bill Geyts, şirkətin keçmiş baş direktoru Stiv Balmer, "Google"un təsisçiləri Larri Peyc və Sergey Brin, "Berkshire Hathaway"in rəhbəri Uorren Baffet, həmçinin kriptobirja rəhbərləri Brayan Armstronq və Çanpen Cao da yer alır.

Agentlik Trampın qələbəsinin amerikalı şirkətlərin səhmlərində güclü artıma səbəb olduğunu qeyd edir. Bunun əsas səbəbi, Trampın qayıdışı ilə vergi və maliyyə tənzimləmələrinin yüngülləşdiriləcəyi ilə bağlı gözləntilərin yaranmasıdır.

ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçirilib. İlkin nəticələrə görə, Tramp 300-dən çox seçici səsi toplayaraq qalib gəlib və özünü ABŞ-ın 47-ci prezidenti elan edib. Kamala Harris isə məğlubiyyətini qəbul edib. 

Trampın bu qələbəsinin Amerika biznes dairələrində yaratdığı optimizm milyarderlərin sərvətinin sürətlə artmasına yol açaraq, ölkə iqtisadiyyatında yeni dövrün başlanğıcına işarə edir.

Aydın

Seçilən
18
50
valyuta.az

10Mənbələr