AZ

Tramp Türkiyəyə F-16 verməkdən imtina edəcək?

Türkiyə Müdafiə Nazirliyinin sözçüsü Zeki Aktürk ABŞ-dakı seçkilərdən sonra F-16 tədarükü məsələsində problem olub-olmayacağı ilə bağlı suala cavab verib.

Teleqraf.com xəbər verir ki, sözçü prosesin müsbət məcrada davam etdiyini deyib.

“F-16 ilə bağlı müqavilələr imzalanıb, proses müsbət şəkildə davam edir. Türkiyə-ABŞ münasibətləri zaman-zaman ortaya çıxan problemlərə baxmayaraq, ortaq dəyərlər və maraqlar üzərində qurulur. Ölkələrimiz 75 ildir fəaliyyət göstərən dünyanın ən güclü təhlükəsizlik təşkilatı olan NATO-nun iki mühüm üzvüdür. İnanırıq ki, Türkiyə-ABŞ münasibətləri ABŞ seçkilərinin nəticələrindən asılı olmayaraq, strateji müttəfiqlik əsasında inkişaf etməyə davam edəcək”, - Aktürk bildirib.

Xatırladaq ki, noyabrın 5-də ABŞ-da keçirilən prezident seçkisində Respublikaçılar Partiyasının namizədi Donald Tramp qalib gəlib. O, yarışda demokrat rəqibi Kamala Harrisi məğlub edib.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
29
1
teleqraf.com

2Mənbələr