Ədliyyə Nazirliyinin Probasiya Xidməti və Mediasiya Şurası tərəfindən “Probasiya sistemində bərpaedici ədliyyənin tətbiqi” mövzusunda mediatorlar üçün təlimlərə başlanılıb.
QHT.az xəbər verir ki, Probasiya xidmətinin rəisi Vüqar Ağayev və Mediasiya Şurasının sədri Nadir Adilov layihənin əhəmiyyətini vurğulayıb. İki gün davam edən təlimdə mediatorlar bərpaedici ədliyyə və mediasiya mövzularında biliklər əldə ediblər.
Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.