AZ

20 il sonra ortaya çıxan sirli mahnı. Sirli qalmasının səbəbi nə olub?! » AzadMedia.az


İnternetdəki ən sirli mahnının "FEX" adlı qrupa aid olduğu ortaya çıxıb. Bəs necə oldu ki, illər ərzində milyonlarla insan bu mahnının kimə aid olduğunu müəyyən edə bilmədilər?
AzadMedia.az xəbər verir ki, internetdəki ən sirli mahnı məsələsinin keçmişi 2004-cü ilə gedib çıxır. Hadisənin hekayəsi belədir: Darius S. adlı bir alman, radioda eşitdiyi, lakin haqqında məlumat tapa bilmədiyi mahnılar üçün bir internet saytı açır. İllər ərzində viral hala gələn bu internet saytında yerləşdirilsmiş bir mahnı isə heç bir şəkildə müəyyən edilə bilmirdi. Məhz həmin mahnıya internetdəki ən sirli mahnı deyilirdi. Lakin artıq bu vəziyyət dəyişib.
Reddit-də "ThatMysteriousSong" adlı qrupun üzvləri bu mahnının "FEX" adlı bir qrupa aid olduğunu müəyyən etməyi bacarıblar. Mahnının adı isə "Subways of the Mind" idi. Hadisənin açıqlanmasının ardınca "FEX" üzvü olan Michael Hadrich ilə əlaqə saxlanılıb və o da bu mahnını təsdiqləyib. Lakin özünün bu vəziyyətdən xəbərsiz olduğunu xüsusilə qeyd edib.
Hələ də musiqi ilə məşğul olan Michael Hadrich "Subways of the Mind" ilə bağlı sevindirici bir açıqlama verib. Verilən açıqlamaya görə, mahnının yenilənmiş bir versiyası hazırlanacaq və bir klip də çəkiləcək. Beləliklə, hər kəs internetdəki ən sirli mahnını doya-doya dinləyə biləcək.
AzadMedia.az
Seçilən
15
1
azadmedia.az

2Mənbələr